lider-media.az

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Baxış: 214 Tarix: 26-04-2024, 19:40

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Avropa Parlamentinin Gürcüstana qarşı irəli sürdüyü tələblərin və şantaj cəhdlərinin bizim üçün heç bir əhəmiyyəti yoxdur. Heç kim bu cür cəfəng sözlər və qətnamələrlə bizi yolumuzdan döndərə bilməz.

Lider-media.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri jurnalistlərə müsahibəsində Gürcüstanın Baş naziri İrakli Kobaxidze səsləndirib.

Onun sözlərinə görə, viza liberallaşdırılması, LGBT təbliğatına qoyulan qadağa Mixail Saakaşvilinin azadlığa buraxılması ilə bərabər tutulur.

Baş nazir deyib: “Şantaj dilinin gürcü xalqı üçün keçərli olmadığı hələ 2022-ci ildə bəlli oldu. Konkret qüvvələr, o cümlədən avroparlamentarilər Gürcüstan cəmiyyətində mənfi zəmin yaratmaq üçün deyirdilər ki, Gürcüstan Avropa İttifaqına namizəd ölkə statusu almayacaq. Onlar Gürcüstana qarşı üç müxtəlif qətnamə də qəbul etdilər. Lakin belə olmadı və onların bütün təhdidlərinə baxmayaraq, ölkəmiz namizəd statusunu aldı”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi