
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Əmək və Sosial Münasibətlər Akademiyasında Türkiyənin Koç Universitetinin rəhbərliyi ilə görüş keçirilib.
Görüşdə Konfederasiya sədri Sahib Məmmədov, Koç Universitetinin rektoru Metin Sitti, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Əmək və Sosial Münasibətlər Akademiyasının rektor vəzifəsini icra edən Yusif Ağayev, həmçinin Akademiyanın professor-müəllim heyəti iştirak ediblər.
Konfederasiya sədri Sahib Məmmədov ölkəmizdə həmkarlar ittifaqlarının fəaliyyəti üçün yaradılmış əlverişli şəraiti diqqətə çatdırıb, dövlət başçısı cənab İlham Əliyevin həmkarlar ittifaqlarına göstərdiyi xüsusi diqqət və qayğını vurğulayıb. Bildirilib ki, ölkəmizdə sosial tərəfdaşlıq münasibətləri inkişaf etdirilərək əmək hüquqlarının müdafiəsində həmkarlar ittifaqlarının rolu daha da gücləndirilir. Koç Universiteti ilə Əmək və Sosial Münasibətlər Akademiyası arasında əlaqələrin yaradılmasının önəmini qeyd edən Konfederasiya sədri qarşılıqlı təcrübə mübadiləsi, təlimlərin təşkili və digər istiqamətlər üzrə əməkdaşlıq imkanlarını diqqətə çatdırıb.
Koç Universitetinin rektoru Metin Sitti görüşdən məmnunluğunu ifadə edib, Əmək və Sosial Münasibətlər Akademiyası ilə təhsil və elmi-tədqiqat sahələrində birgə layihələrin həyata keçirilməsi perspektivlərindən danışıb.
Akademiyanın rektor vəzifəsini icra edən Yusif Ağayev ali təhsil ocağının fəaliyyətindən, tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində aparılan islahatlardan bəhs edib, Akademiyanın nəzdində yeni yaradılan İxtisasartırma və Kadrların İnkişafı Mərkəzinin məqsəd və vəzifələri barədə məlumat verib.
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov isə Koç Universitetinin qabaqcıl proqramlarını, tədris və təlim təcrübəsini vurğulayaraq, ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisələri ilə qarşılıqlı faydalı münasibətlərin yaradılmasının önəmi barədə fikirlərini bölüşüb.
Görüşdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyası və Türkiyənin Koç Universiteti arasında Əməkdaşlıq Memorandumunun imzalanması barədə razılıq əldə olunub.





AHİK-in “Buzovna” Fizioterapiya Mərkəzi fəaliyyətə başlayıb
AHİK sədri qurumun Əmək və Sоsial Münasibətlər Akademiyasında tədrisin vəziyyəti ilə maraqlanıb
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “Ağbulaq” İstirahət Mərkəzinə baxış olub
AHİK Zəfər Günü münasibətilə bayram tədbiri keçirib
“AHİK Könüllüləri” proqramının 11 universitetdə təqdimatı
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb