lider-media.az

Deputat: 28 May – Azərbaycan Müstəqilliyinin Şanlı Tarixi və Müasir Dövlətçilik Yolumuz

Baxış: 115 Tarix: 28-05-2025, 11:24

Azərbaycanın müstəqillik tarixində 28 May tarixi xüsusi yer tutur. Ulu Öndər Heydər Əliyevin də qeyd etdiyi kimi, “Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir.” Bu baxımdan, 28 May – Azərbaycan Xalq Cümhuriyyətinin yaranması günü, ölkəmizin ən şanlı və önəmli tarixi səhifələrindən biridir.

Lider-media.az-a danışan deputat Bəruz Məhərrəmovun fikrincə, 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyəti İslam dünyasında siyasi hüquqlar, parlamentarizm və müstəqilliyin müasir anlayışı baxımından çoxsaylı öncülüklərə imza atıb. Lakin müstəqilliyin əldə edilməsi daha çox böyük tarixi-siyasi proseslərin nəticəsi olub. 1918-ci ildə Çar Rusiyasının, 1991-ci ildə isə SSRİ-nin dağılması Azərbaycan müstəqilliyinin əsas fundamenti hesab edilir.

Deputat vurğulayır ki, müstəqilliyin tarixi zəminində meydanların roluna dair yanlış düşüncələr hələ də mövcuddur. O bildirir ki, inqilablar yalnız siyasi hakimiyyətin dəyişməsinə səbəb olur, müstəqilliyə gedən yol meydanlardan deyil, milli dövlətçilik təfəkküründən keçir. Xalq Cümhuriyyətinin və ya 1991-ci il müstəqilliyinin müəyyən siyasi qüvvələrin təkcə xidmətindən asılı olmadığı, bunun tarixi obyektiv proseslərin nəticəsi olduğu diqqətə çatdırılır.

Tarixi faktlar isə göstərir ki, hər iki müstəqillik dövründə dövlət ciddi itkilər verib. 1918-ci ildə İrəvan, 1990-cı illərdə Qarabağ və Şərqi Zəngəzur Azərbaycan üçün böyük itkilər olub. Bu mənada, Heydər Əliyevin “Müstəqilliyi yalnız milli məhdudiyyətdə görən cılız adamlar...” fikri müstəqilliyin geniş regional və geosiyasi kontekstdə anlaşılmasının vacibliyini ortaya qoyur.

Deputat qeyd edir ki, 1991-ci ildən sonra yaşanan vətəndaş müharibəsi və dövlətin parçalanma təhlükəsi müstəqilliyin qorunması üçün ciddi maneələr yaradıb. Ancaq Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ikinci müstəqillik dönəmi möhkəmlənib və regionda Azərbaycanın mövqeyi güclənib. Müstəqilliyin qorunmasının əldə edilməsindən də çətin olduğunu vurğulayan Bəruz Məhərrəmov, bu gün Azərbaycan xalqının artıq öz müstəqilliyini qoruyacaq gücə sahib olduğunu qeyd edir.

Deputatın fikrincə, Azərbaycan Xalq Cümhuriyyətinin siyasi irsi ölkəmiz tərəfindən yüksək qiymətləndirilib. Tarixi ədalətsizliyi aradan qaldırmaq üçün Milli Məclisin qərarı ilə 28 May Müstəqillik Günü, 18 Oktyabr isə Müstəqilliyin Bərpası Günü kimi dövlət təqvimində öz layiqli yerini tutub.

Bəruz Məhərrəmov eyni zamanda müasir Azərbaycan dövlətinin Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi böyük quruculuq işlərini yüksək dəyərləndirir. Dövlət başçısının bu regionlarda infrastrukturun bərpası, sakinlərin geri qayıdışı və sosial layihələrin reallaşdırılması istiqamətindəki səyləri Azərbaycanın müstəqillik yolundakı qətiyyətini bir daha göstərir.

Deputat rəyində həmçinin qeyd edir ki, Azərbaycan artıq torpaq itirən deyil, əksinə işğala son qoyan, regionun gündəmini müəyyən edən güclü və müzəffər dövlətdir. O, Cümhuriyyət dövründə itirilən ərazilərə – İrəvan, Qərbi Zəngəzur və Göyçəyə qayıdılacağına əminlik ifadə edir. Bu yolda İlham Əliyev iqtidarının səylərini tarixi və mənəvi öhdəlik kimi qiymətləndirir.

Son olaraq deputat, müasir Azərbaycanın müstəqillik konsepsiyasının əsas dayağının Heydər Əliyev kursu olduğunu vurğulayır. O, tarixi səhvlər üzərində qurulan ayrı-seçkilik siyasətini tənqid edir və Azərbaycanın gələcək inkişaf yolunun bu təcrübədən çıxan dərslərlə bağlı olduğunu qeyd edir.

Hədiyyə Aslan


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi