3 il öncə Bakıda keçirilən “TEXNOFEST Azərbaycan” Aerokosmik və texnologiya fistivalı
Tarix boyu bir birinin yanında olan, maddi və mənəvi dəstəyini əsirgərmiyən bu iki qardaş dövlət tarixi Zəfərimizdən sonra imzalanan Şuşa bəyənnamaəsi ilə öz müttəfiqliklərini və dostluqlarını daha da geniş və intensiv formada qurmuşlar. Haqq davamızda hər zaman yanımızda olan və dəstək verən qardaş Türkiyə Cumhuriyyəti bizim bir nömrəli müttəfiqimiz və dostumuzdur. 3 il öncə Bakıda keçirilən “TEXNOFEST Azərbaycan” Aerokosmik və texnologiya fistivalı həm də Azərbaycan-Türkiyə arasındakı qardaşlıq münasibətlərinin yeni salnaməsidir. Son tarixi proseslər isə Ulu Öndər Heydər Əliyevin Azərbaycan və Türkiyə münasibətlərini dəyərləndirərək irəli sürdüyü "Bir millət, iki dövlət” formulunu gerçək həyatda bir daha reallığa çevirdi.
Təməlində milli maraqlar, qardaşlıq, güclü, dəyişilməz iradə dayanan bu birliyi möhkəmləndirən aktiv, çevik siyasət dünya diplomatiyasının tərkib hissəsi olmaqla, böyük əhəmiyyət daşıyır. Ən çətin məqamlarda qarşılıqlı olaraq biri-birinə dəstək göstərib, dünyada və regionda böyük əhəmiyyətə malik qlobal iqtisadi layihələrin həlli üçün hər iki dövlətin potensialından qarşılıqlı istifadə edilməsi ölkələrimizi daha da yaxınlaşdırır. Bu bir həqiqətdir ki, Türkiyə- Azərbaycan birliyinin regional, beynəlxalq müstəvidə eynilik təşkil edən milli maraqları, dövlət mənafelərinə uyğun inkişafı, bu sahədə getdikcə möhkəmlənən aktiv, çevik siyasət dünya diplomatiyasının tərkib hissəsi olmaqla, böyük əhəmiyyət daşıyır.
Bu, ilk növbədə, təbii ki, mənəvi bağlılıqlarımızdan, ortaq tariximizdən, mədəniyyətimizdən gəlir. Amma etiraf edək ki, dünyada tarixi bağlılıqlar etibarilə bir-birinə çox yaxın olub, amma müasir reallıqlardan irəli gələn hansısa maraqlara görə bir-birinə düşmən kəsilən, hətta qanlı müharibələr aparan xalqlar, dövlətlər də var. Ona görə hazırda AzərbaycanlaTürkiyə arasındakı münasibətlərin bu səviyyədə olmasının bir əsas səbəbi də iki ölkənin dövlət rəhbərlərinin dostluq, qardaşlıq münasibətləridir. Müasir dünyamızın iki parlaq lideri kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də, Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan da bu münasibətlərə nail ola biliblər. Onlar Azərbaycan - Türkiyə arasındakı münasibətləri iki qonşu ölkə arasındakı sıradan bir diplomatik əlaqələri iqtisadi-ticari tərəfdaşlıqların fövqünə ucalda biliblər. Bunu xarakterlərindəki ulu əcdadlarımıza xas comərdlik, qarşılıqlı güvən, verdikləri vədi tutmaları, səsləndirdikləri sözə də imzaları qədər dəyər vermələri ilə bacarıblar. Azərbaycan və Türkiyə münasibətləri maraqlara deyil, dəyərlərə əsaslanır. Və bu bütün dünya üçün bir nümunədir. Öz maraqları üçün min oyunlar oynayan, hər cür addımlara gedən, mənəviyyatsızlıqları sərhəd tanımayan xarici siyasi dairələr qarşısına Azərbaycan və Türkiyə Prezidentləri bu dəyərlərin gücü ilə çıxırlar. Onlara öz yerlərini göstərirlər. Bu iki liderin uca şəxsiyyətinə, mənliyinə, mənəviyyatına, dəyərlərə bağlılığına yaraşan da elə məhz budur!
İki ölkə rəhbəri arasındakı bu doğmalıq Azərbaycan və Türkiyə arasındakı ikitərəfli əlaqələrin bütün sahələrdə daha da genişlənməsinə öz müstəsna töhfələrini verir. Bu iki nüfuzlu liderin gələcəyə aydın baxışının, həyata keçirdikləri düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq Azərbaycanla Türkiyə arasında bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, enerji, nəqliyyat, ticarət, humanitar, regional təhlükəsizlik, hərbi və digər sahələrdə əməkdaşlıq ən yüksək səviyyədədir. Azərbaycan Xalq Cumhuriyyətinin yaradılmasının 104-cü ildönümündə düz 3 il öncə Bakıda keçirmiş dünya şöhrətli “TEXNOFEST Azərbaycan” Aerokosmik və texnologiya fistivalı, bu festifalda Azərbaycan və Türkiyə prezidentlərinin tarixi çıxışları bizləri bütün türk dünyasını duyğulandırdı, qürurlandırdı, şərəfləndirdi. Bakıdan bütün dünyaya qoşa qanada çevrilmiş ay ulduzlu bayraqlarımızın altında dostluq və qardaşlığın ən gözəl nümunəsinin mesajı verildi. Bu dostluq bəşəriyyətin xoşbəxtliyi üçün çalışmaq istəyənlərin əl-ələ verib gələcəyə doğru addımlamasıdır.
Lider-Media.az