lider-media.az

Sabah 3 dövlət başçısının iştirakı ilə Laçın Beynəlxalq Hava Limanının açılışıdır

Baxış: 226 Tarix: 27-05-2025, 13:23

Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan Baş naziri Şahbaz Şərif mayın 28-də Laçın şəhərində beynəlxalq hava limanının açılışında iştirak edəcək. Bu barədə Türkiyə KİV məlumat yayıb.

Məlumatda deyilir ki, Azərbaycanın işğaldan azad etdiyi torpaqlarda inşa etdiyi üçüncü hava limanı olan Laçın Beynəlxalq Hava Limanı sabah keçiriləcək mərasimlə istifadəyə veriləcək:

“Açılış mərasiminə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan Baş naziri Şərif iştirak edəcək”.

Xatırladaq ki, Azərbaycanın işğaldan azad etdiyi rayonlarda inşa edilən ilk hava limanı olan Füzuli Beynəlxalq Hava Limanı da 2021-ci il oktyabrın 26-da Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə istifadəyə verilib.

İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan 2022-ci il oktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanının açılış lentini də birlikdə kəsib.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi