lider-media.az

Pakistanla iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub

Baxış: 219 Tarix: 27-05-2025, 12:42

İqtisadiyyat Nazirliyində keçirilmiş görüşdə Pakistanla investisiya, sənaye, enerji sahələrində əməkdaşlıq və birgə fəaliyyətin perspektivləri barədə fikir mübadiləsi aparılıb. İqtisadiyyat naziri Mikayıl Cabbarov Pakistanın Baş nazirinin xüsusi köməkçisi, dövlət naziri Tariq Bacva ilə görüşüb.

Görüşdə iki dost ölkə arasında əlaqələrin qarşılıqlı etimad şəraitində möhkəmləndiyi, müxtəlif sahələrdə münasibətlərin yüksələn xətlə inkişaf etdiyi vurğulanıb. Azərbaycan-Pakistan tərəfdaşlığının iqtisadi münasibətlərin şaxələndirilməsi üçün yaratdığı imkanlar, birgə layihələrin reallaşdırılması perspektivləri müzakirə olunub.

Tərəflər ikitərəfli iqtisadi əlaqələrdə müsbət dinamika, preferensial ticarət sazişinin biznes tərəfdaşlığının güclənməsində rolu, investisiya, sənaye və enerji sahələrində əməkdaşlığa dair fikir mübadiləsi aparıblar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi