Bakı Dövlət Universiteti (BDU) və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) birgə əməkdaşlığı ilə BDU-nun ərazisində “Tələbə məkanı”nın açılışı olub. Açılış mərasimində çıxış edən BDU-nun rektoru Elçin Babayev qeyd edib ki, yeni açılan “Tələbə məkanı” Universitetdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində görülən işlərə ən gözəl nümunələrdən biridir. Azərbaycan Konstitusiyasında hər bir şəxsin təhsil hüququ ilə yanaşı, istirahət hüququ, sosial xidmət hüququ var. “Tələbə məkanı” BDU tələbələrinin sosial həyatı üçün faydalı olacaq, onların şəbəkələşməsinə imkanlar yaradacaq.
Vurğulanıb ki, burada yalnız Bakı Dövlət Universitetinin deyil, digər ali təhsil müəssisələrinin tələbələri də layihələrini həyata keçirə biləcəklər: “Bu məkan planlaşdırılarkən müasir dövrün çağırışları, xüsusilə də dövlətimizin yaşıl texnologiyalar və ekoloji problemlərin həlli ilə bağlı siyasəti əsas götürülüb. Ərazidəki bütün işıqlandırma Günəş panelləri vasitəsilə təmin olunur. Layihənin mühüm cəhətlərindən biri də 24 saat fəaliyyət göstərəcək mini kitabxanadır. İstənilən tələbə istənilən vaxt oradakı kitabları oxuya, onlardan bəhrələnə və daha sonra geri qaytara bilər. Hətta öz kitablarını da kitabxanaya əlavə edə bilər”.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov Azərbaycanda gənclər siyasətinin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu bildirib, Ulu Öndərin məzunu olduğu BDU-nun Azərbaycanın elm-təhsil məkanında böyük rolundan danışıb. Konfederasiya sədri “Tələbə məkanı”nın universitet tələbələrinin sosial inkişafına xidmət edəcəyini diqqətə çatdırıb.
Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov, elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli və BDU-nun Tələbə həmkarlar ittifaqı komitəsinin sədri Zöhrab Cavadzadə çıxışlarında “Tələbə məkanı”nın tələbələrin liderlik bacarıqlarının artmasına, universitetin inkişafına təkan verəcəyini bildiriblər.





AHİK-in “Buzovna” Fizioterapiya Mərkəzi fəaliyyətə başlayıb
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “Ağbulaq” İstirahət Mərkəzinə baxış olub
AHİK sədri qurumun Əmək və Sоsial Münasibətlər Akademiyasında tədrisin vəziyyəti ilə maraqlanıb
AHİK Zəfər Günü münasibətilə bayram tədbiri keçirib
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb