lider-media.az

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib

Baxış: 163 Tarix: 26-04-2024, 11:39

Fövqəladə Hallar Nazirliyi (FHN) Cənub Regional Mərkəzinin təşkilatçılığı ilə Lənkəran Beynəlxalq Hava Limanında fövqəladə hallarla mübarizənin təşkili mövzusunda təlim keçirilib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, təlimə FHN-in müvafiq yerli qurumları, Lənkəran rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, Nəqliyyatda Baş Polis İdarəsinin Lənkəran Beynəlxalq Hava Limanı üzrə bölməsi və Lənkəran Beynəlxalq Hava Limanının qüvvə və vasitələri cəlb olunublar.

Əvvəlcə nəzəri hissə çərçivəsində təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış, ilkin yanğınsöndürmə avadanlıqları və fərdi mühafizə vasitələrindən istifadə qaydaları, təxliyə barədə danışılıb, suallar cavablandırılıb.

Sonra təlimin praktiki hissəsi çərçivəsində FHN-in 112 - qaynar telefon xəttinə daxil olan hava limanı ərazisində şərti yanğın barədə məlumat əsasında obyektin qüvvələri ilə qarşılıqlı fəaliyyətdə əməkdaşların “təhlükəli ərazidən” təxliyəsi, “onlara təxirəsalınmaz ilkin tibbi yardımın göstərilməsi”, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi” əməliyyatları yerinə yetirilib.

Uğurla həyata keçirilən təlimdə qarşıya qoyulan məqsədlərə nail olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi