lider-media.az

Prezidentin əfv sərəncamları – humanizmə əsaslanan siyasi kursun bariz təzahürü

Baxış: 366 Tarix: 26-05-2025, 22:45

 

Lider-media.az-a danışan deputat Azər Badamov Prezident İlham Əliyev tərəfindən imzalanan əfv sərəncamlarını Azərbaycanın dövlətçilik siyasətində humanizmin mühüm yeri olduğunu göstərən addım kimi qiymətləndirir. Onun fikrincə, bu sərəncamlar cəmiyyətdə geniş rəğbət və sevinclə qarşılanır, çünki hər biri bir insanın yenidən həyata qayıdışına, ailəsinə və cəmiyyətə inteqrasiyasına verilmiş yeni fürsətdir.

Deputat bildirir ki, əfv sərəncamları təkcə azadlığa buraxılan şəxslər üçün deyil, onların ailələri və yaxınları üçün də böyük sevinc və mənəvi təsəlli yaradır. "Bu qərarlar Prezidentin apardığı siyasətin mərkəzində insan amilinin və humanist dəyərlərin dayandığını bir daha təsdiqləyir", – deyə Azər Badamov vurğulayır.

Əfv olunan şəxslərin əksəriyyətinin cəmiyyətə yenidən qazandırılması, onların törətdikləri əməllərdən nəticə çıxararaq yeni həyat qurmağa çalışması da bu siyasətin effektivliyindən xəbər verir. Deputatın fikrincə, bu addım həm də sosial sabitlik və milli həmrəyliyin güclənməsinə töhfə verir.

Badamov əlavə edir ki, əfv sərəncamları cəmiyyətin böyük əksəriyyəti tərəfindən böyük ümid və intizarla qarşılanır. Bu da onu göstərir ki, dövlətin həyata keçirdiyi humanist siyasət ictimai rəyə cavab verir və insan hüquq və azadlıqlarına verilən dəyəri əks etdirir.
Hədiyyə Aslan


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi