lider-media.az

Dövlət Sosial Müdafiə Fondunda yeni təyinatlar olub

Baxış: 5 Tarix: 26-05-2025, 21:25

Əmək və əhalinin sosial müdafiəsi nazirinin əmri ilə Şahin İbrahim oğlu Əliyev Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədr müavini təyin olunub. O, hazırkı vəzifəsinə qədər Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının direktoru olub.

Həmçinin DSMF sədrinin əmrləri ilə Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının direktoru Mail Ağasən oğlu Məmmədov vəzifəsindən azad edilərək Fondun icraçı direktoru, DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının direktor müavini Fuad Ceyhun oğlu Zaliyev isə vəzifəsindən azad edilərək həmin Filialın direktoru təyin ediliblər.

Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının direktoru vəzifəsinə isə Aqşin Yusif oğlu Əlizadə təyin olunub. O, hazırkı vəzifəsinə qədər Nazirliyin tabeliyində DOST Agentliyinin Daxili nəzarət və audit departamentinin müdir müavini işləyib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июль 2025    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi