lider-media.az

Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı ilə bağlı layihələr müzakirə olunub

Baxış: 135 Tarix: 23-05-2025, 21:15

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” üzrə Əlaqələndirmə Qrupunun onlayn iclası keçirilib. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin, Azərbaycan Respublikasının İqtisadiyyat, Kənd Təsərrüfatı, Energetika, Rəqəmsal İnkişaf və Nəqliyyat, nazirliklərinin, Mərkəzi Bankın, Dövlət Gömrük Komitəsinin, Dövlət Turizm Agentliyinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələrinin iştirak etdiyi iclasda gündəlikdə duran məsələlər müzakirə olunub. İclas iştirakçılarına “Naxçıvan Muxtar Respublikasında istehsal olunan məhsulların Azərbaycan Respublikasının digər ərazilərinə daşınması üçün çəkilmiş xərclərə görə dəstək məbləğinin ödənilməsi Qaydası”, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın 2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı”nın icrası üzrə monitorinq və qiymətləndirmə nəticələri barədə məlumat verilib.

İclasda Naxçıvan Muxtar Respublikasında reallaşdırılması nəzərdə tutulan potensial investisiya layihələri diqqətə çatdırılıb, əlaqələndirmə qrupunun üzvlərinin rəy və təklifləri dinlənilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi