Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) daxili işlər nazirlərinin ikinci görüşü keçirilib. Görüşdə Azərbaycanın daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov, Qazaxıstanın daxili işlər naziri Erjan Sadenov, Qırğızıstanın daxili işlər naziri Ulan Niyazbekov, Türkiyənin daxili işlər naziri Ali Yerlikaya, Özbəkistanın daxili işlər naziri Aziz Taşpulatov, Şimali Kipr Türk Cümhuriyyətinin daxili işlər naziri Dursun Oğuz, Macarıstan daxili işlər nazirinin müavini Bentse Retvari və TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev iştirak edib.
V.Eyvazov quruma üzv dövlətlərin xalqlarını sıx dostluq, qarşılıqlı inam və hörmət tellərinin bağladığını, türk dövlətləri liderlərinin müdrik uzaqgörənliyi və siyasi iradəsi sayəsində ölkələrarası dostluq və qardaşlıq münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu, strateji tərəfdaşlıq xarakteri daşıdığını, dövlət başçılarının müəyyənləşdirdiyi strategiyaya uyğun olaraq dinamik inkişaf etdiyini, bu kontekstdə Daxili İşlər nazirlikləri arasındakı əməkdaşlığın daha da dərinləşdiyini diqqətə çatdırıb.
İclasda TDT-yə üzv ölkələrin Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi, transmilli mütəşəkkil cinayətkarlıqla birgə mübarizə, narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi sahəsində məlumat mübadiləsi, informasiya texnologiyalarından istifadə edilməklə törədilən cinayətlərin qarşısının alınması, aşkar edilməsi, açılması üzrə əlaqəli fəaliyyət və Təşkilatın daxili işlər orqanlarının rəqəmsallaşması sahəsində əməkdaşlığın perspektivləri kimi məsələlər müzakirə edilib.
TDT-yə üzv dövlətlərin daxili işlər nazirlərinin növbəti görüşünün Qazaxıstanda keçirilməsi qərara alınıb. Tədbirdə tərəflər TDT daxili işlər nazirlərinin ikinci görüşünə dair Birgə Kommünike sənədini imzalayıblar.
Çıxışlarda təşkilata üzv və müşahidəçi dövlətlərin daxili işlər nazirlərinin ikinci görüşünün türk xalqları və dövlətləri arasında həmrəyliyin möhkəmləndirilməsinə növbəti təkan olacağına əminlik ifadə olunub, habelə Azərbaycan Daxili İşlər Nazirliyinin tədbirə ev sahibliyi etməsinə görə təşəkkür edilib.




Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin daxili işlər nazirlərinin növbəti iclası keçirilib
Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib YENİLƏNİB
İlham Əliyev TDT-nin daxili işlər nazirlərinin ikinci görüşünün iştirakçılarından ibarət nümayəndə heyətini qəbul edib
Bakıda TÜRKPA üzvlərinin Müdafiə və təhlükəsizlik üzrə komitə sədrlərinin ikinci iclası keçirilib YENİLƏNİB
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB VİDEO
İstanbul 2027-ci ildə İspaniya futbolunun zirvə yarışına ev sahibliyi edəcək
Əməyin dəyəri bərabərdirsə, haqqı da bərabər olmalıdır
Günün fotosu
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
F.F.Mustafayevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər
Qubada dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində müasir aqrar texnologiyalar təqdim edilib
Bakıda 4 nəfər son anda ölümdən döndü
V Şəki Beynəlxalq Teatr Festivalı oktyabrın 1-də start götürəcək
“Həzi Aslanov” stansiyasının dalanında əsaslı yenidənqurma işləri yekunlaşmaq üzrədir
Sentyabrın 18-də gözlənilən hava şəraiti
İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib
Formula 1 altı ildən sonra İstanbula qayıdır
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına
Sentyabrın 17-si saat 9:00-a olan faktiki hava
Ü.Z.Quliyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Sentyabrın 17-də gözlənilən hava şəraiti

Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb
97 yaşında təyyarə qanadında uçdu -
ABŞ alimlərindən gen mühəndisliyi sahəsində mühüm elmi nailiyyət
Yeni araşdırma: Sürətlənmiş bioloji qocalma gənclərdə xərçəng riskinin artması ilə əlaqəli ola bilər
Həddindən artıq məsuliyyət hissi: görünməyən psixoloji yük
“Gen redaktəsi” xolesterini yox edəcəkmi?