lider-media.az

Azərbaycan və İtaliya XTQ mənsubları görüşüb

Baxış: 301 Tarix: 23-05-2025, 20:30

Azərbaycan və İtaliya Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) nümayəndələri arasında ekspert görüşü keçirilib. Səfər çərçivəsində qonaqlar XTQ-nin "N" hərbi hissəsini ziyarət ediblər. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin hərbi hissənin ərazisindəki büstü və şəhidlərimizin xatirəsinə ucaldılmış abidə kompleksinin önünə gül dəstələri düzülüb. İtaliya nümayəndə heyətinə XTQ-nin yaranma tarixi və keçdiyi döyüş yolundan bəhs edən brifinq təqdim edilib. Qonaqları maraqlandıran suallar cavablandırılıb. Ekspert görüşü zamanı birgə əməkdaşlıq və maraq doğuran bir sıra məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.
Nümayəndələr XTQ mənsublarının təchizatı və istifadəsində olan PUA, silah və digər vasitələrlə tanış olublar. İtaliya nümayəndə heyəti, həmçinin Azərbaycan XTQ mənsublarının döyüş hazırlığı üzrə nümunəvi çıxışlarını izləyib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi