lider-media.az

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan futbol turniri başa çatıb

Baxış: 455 Tarix: 23-05-2025, 20:05

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan futbol turniri başa çatıb

Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illiyinə həsr edilmiş institutlararası mini futbol turnirinə yekun vurulub. Akademiyanın Rəyasət Heyəti və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının dəstəyi, AMEA Azad Həmkarlar İttifaqının (AHİ) təşkilatçılığı ilə keçirilən turnirin finalında Respublika Seysmoloji Xidmət Mərkəzinin komandası Akademiyanın Geologiya və Geofizika İnstitutunun komandasına qalib gəlib. Mükafatlandırma mərasimində AMEA-nın prezidenti İsa Həbibbəyli, AMEA Rəyasət Heyətinin üzvləri, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Hikmət Osmanov, AMEA AHİ-nin sədri Sənan Həsənov, Elmi Təşkilatların Həmkarlar İttifaqı Komitəsinin sədri Habil Qurbanov iştirak ediblər.

Qalib komandaya çempionatın kuboku və medalları təqdim edilib. İkinci və üçüncü yerləri tutan komandalar sertifikatlar və medallarla mükafatlandırılıblar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi