lider-media.az

Elm və təhsil naziri Londonda Dövlət Proqramı təqaüdçüləri ilə görüşüb

Baxış: 180 Tarix: 23-05-2025, 17:22

Böyük Britaniyaya səfəri çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev Londonda Dövlət Proqramı çərçivəsində bu ölkədə təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirib. 
Görüş Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyində, fövqəladə və səlahiyyətli səfir Elin Süleymanovun iştirakı ilə baş tutub.
 Nazir çıxışında Azərbaycanda elm və təhsil sahəsinə göstərilən davamlı dövlət qayğısını vurğulayaraq son illərdə həyata keçirilən islahatlar və yeniliklər barədə tələbələri məlumatlandırıb. Nazir, xüsusilə Qarabağ Universitetində yaradılan müasir tədris imkanlarına toxunub.  
 Emin Əmrullayev, həmçinin xaricdə təhsil üzrə Dövlət Proqramının 2028-ci ilədək uzadıldığını və bu çərçivədə tələbə sayının artırıldığını diqqətə çatdırıb.
 Görüş zamanı tələbələrin suallarını cavablandıran nazir onları təhsillərini başa vurduqdan sonra Vətənə dönərək elmin və ali təhsilin inkişafına töhfə verməyə çağırıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi