lider-media.az

Hulusi Akar: Əsas məqsədimiz bölgədə sülhün, sabitliyin və əməkdaşlığın təmin olunmasıdır

Baxış: 104 Tarix: 29-01-2024, 14:39

Azərbaycan və Türkiyə şəhidləri bizim qardaşlığımızın, birliyimizin, Ümummilli Lider Heydər Əliyevin dediyi kimi, bir millət olduğumuzun çox önəmli sübutlarıdır. Şəhidlərimizin etdikləri böyük qəhrəmanlıq və fədakarlıqdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Türkiyə Böyük Millət Məclisinin Milli Müdafiə Komitəsinin sədri Hulusi Akar söyləyib.

O bildirib ki, Azərbaycan və Türkiyə “Bir millət, iki dövlət” kimi 44 günlük müharibədən sonra da “Tək ordu, tək yumruq və tək ürək” olaraq əməkdaşlığını inkişaf etdirir, lazımi layihələri həyata keçirir.

Azərbaycan və Türkiyənin birgə təlimlər keçirdiyini, müdafiə sənayesi sahəsində sıx əməkdaşlıq etdiyini xatırladan H.Akar deyib: “Əsas məqsədimiz bölgədə sülhün, sabitliyin və əməkdaşlığın təmin olunmasıdır. Bu baxımdan biz Azərbaycanın Ermənistana etdiyi sülh təklifinin İrəvan tərəfindən qısa zamanda qəbul olunmasına və tezliklə bölgəyə sabitliyin gəlməsinə çalışırıq”.

O əlavə edib ki, bəzi ölkələr Ermənistana proksi-dövlət libası geyindirmək istəyirlər. Əgər Ermənistan onların dediklərinə əməl edərsə, necə ki, 44 günlük savaşda çox ciddi zərər gördü, bundan sonra da eyni vəziyyətlə qarşılaşa bilər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi