lider-media.az

Azərbaycan və Türkiyənin beyin mərkəzləri arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Baxış: 266 Tarix: 23-05-2025, 14:20

Mayın 22-də Azərbaycan Respublikasının Prezidenti yanında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi ilə Türkiyə Cümhuriyyətinin Əhməd Cavad İnstitutu arasında görüş keçirilib.
Lider-media.az xəbər verir ki, Türkiyənin paytaxtı Ankara şəhərində keçirilən görüşdə Azərbaycan tərəfindən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin Idarə Heyətinin sədri Fərid Şəfiyev, İdarə Heyətinin üzvü Cavid Vəliyev, baş məsləhətçi Mətin Məmmədli və ekspert Fuad Abdullayev iştirak ediblər.
Türkiyə tərəfindən Əhməd Cavad İnstitutunun prezidenti professor Ruhi Ersoy və İnstitutun İdarə Heyətinin üzvləri professorlar Hanifi Macit, Turan Şahin, dosent Esma Özdaşlı və Özgür Bayraktar görüşə qatılıblar.
Görüşdə Türk dünyasında və beynəlxalq aləmdə baş verən son hadisələr müzakirə edilib, Türk Dövlətləri Təşkilatının Budapeşt Toplantısı vasitəsilə TDT ilə Türk Dünyasının daha sıx inteqrasiyası üçün atılacaq addımlar müzakirə edilib.

Bundan əlavə, tərəflər arasında tərəfdaşlığın istiqamətləri barədə fikir mübadiləsi aparılıb.

Səadət


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi