Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədovun rəhbərliyi ilə Konfederasiyanın nümayəndə heyəti Ankarada keçirilən Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının (TDHİT) Qurultayında iştirak edib.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndə heyəti Ankarada Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni - Anıtqəbiri və Heydər Əliyev Parkında ucaldılan Ulu Öndərin abidəsini ziyarət edib, xatirələrini ehtiramla yad edərək önünə gül dəstələri qoyublar.
TDHİT-nin Qurultayını giriş sözü ilə açan Özbəkistan Həmkarlar İttifaqları Federasiyasının sədri Qudratulla Rafiqov Türk dövlətləri arasında əlaqələrin daha da gücləndirilməsi istiqamətində həmkarlar ittifaqlarının gördüyü işlərdən danışıb, bu sahədə TDHİT-nin fəaliyyətindən bəhs edib.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov Qurultayda çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycan və Türkiyə, həmçinin bütün türk dünyası üçün xüsusi əhəmiyyət kəsb edən "Bir millət, iki dövlət" kəlamının münasibətlərimizin dərinləşməsi üçün yol xəritəsi olduğunu vurğulayıb. Diqqətə çatdırılıb ki, Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfəri Türk dünyasında həmrəyliyin möhkəmləndirilməsində mühüm hadisədir və hazırda əlaqələrimizin dərinləşdirilməsi istiqamətində davamlı tədbirlər reallaşdırılır.
Əmək bazarının trendlərindən danışan Konfederasiya sədri rəqəmsallaşmanın və süni intellektin bu sahəyə təsirləri baxımından çətinliklərlə üzləşməmək üçün qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə birgə layihələrin həyata keçirilməsini, ortaq təlim proqramlarının hazırlanmasının əhəmiyyətini, eləcə də gələcək birgə fəaliyyət istiqamətlərini müəyyənləşdirmək üçün Qurultayın əlverişli platforma olduğunu qeyd edib.
Tədbirdə həmçinin TDHİT-nin prezidenti, TÜRK-İŞ-in sədri Ərgün Atalayın, Qırğızıstan Həmkarlar İttifaqları Federasiyasının sədri Muradil Jumadildenin və Qazaxıstan Həmkarlar İttifaqları Federasiyasının sədri Satıbaldı Dauletalinin çıxışları dinlənilib.
Türkiyənin sabiq Baş naziri, Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım çıxış edərək Türk dünyasının həmrəyliyinin önəmindən danışıb, Qurultayın işinə uğurlar arzulayıb. Qurultayda TDHİT-in Nizamnaməsinə dəyişikliklər, qarşıdakı dövrdə İcraiyyə Komitəsinin vəzifələri və digər məsələlər müzakirə olunub, təşkilati məsələlərə baxılıb. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov TDHİT-nin vitse-prezidenti, AHİK-in Aparat rəhbəri Həsən Cəfərov vitse-prezidentin əvəzi, AHİK sədrinin müşavirləri - Fuad Ələkbərov Baş katibin müavini, Məmməd Həsənov Təftiş Komissiyasının üzvü, Elkiyar Ziyadov Təftiş Komissiyasının əvəzedici üzvü seçilib.
Qeyd edək ki, TDHİT 2023-cü ildə yaradılıb və Azərbaycan da daxil olmaqla, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstanın həmkarlar ittifaqlarını birləşdirir.









Prezident İlham Əliyev "Media haqqında" qanuna dəyişikliklərlə bağlı Fərman imzaladı
10 noyabr Mustafa Kamal Atatürkün doğum günüdür
Bəstəkarlar İttifaqının XI qurultayı
Qazaxda Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar “Azərbaycan tarixinin qürur səhifələrinə çevrilən ömür yolu” adlı tədbir
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb