lider-media.az

Nazim Rəcəbov: "GlobE Şəbəkəsi, korrupsiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlığın vacib platformasıdır"

Baxış: 675 Tarix: 22-05-2025, 19:16

Nazim Rəcəbov: "GlobE Şəbəkəsi, korrupsiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlığın vacib platformasıdır"

2025-ci il mayın 22-də Bakı şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) Korrupsiyaya qarşı Mübarizə üzrə Qlobal Əməliyyatlar Şəbəkəsinin (GlobE Network) Altıncı Plenar İclası uğurla başa çatıb. 

Tədbirdə Azərbaycan Respublikasının Baş Prokurorunun müavini, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov çıxış edib. 

O, GlobE Şəbəkəsinin korrupsiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi üçün əhəmiyyətli bir platforma olduğunu vurğulayıb.

Nazim Rəcəbov bildirib: "GlobE Şəbəkəsi, korrupsiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlıq baxımından vacibdir. Bu tədbirlər dövlətlər arasında təcrübə mübadiləsini və etimadın gücləndirilməsini təmin edir."

İclasda 100-dən çox çıxış və 20-dən çox panel müzakirə olunub, 92 ölkədən 120-dən çox dövlət qurumunun nümayəndələri iştirak edib. Tədbirin yüksək səviyyədə təşkilinə görə UNODC Katibliyinə və yerli təşkilat komitəsinə təşəkkür edən Nazim Rəcəbov, Azərbaycanın korrupsiyaya qarşı qlobal mübarizəyə töhfəsini davam etdirəcəyini bildirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi