lider-media.az

Hikmət Hacıyev Brüsseldə mühüm görüş keçirdi

Baxış: 363 Tarix: 22-05-2025, 20:09

Hikmət Hacıyev Brüsseldə mühüm görüş keçirdi

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-nun Brüsseldəki mənzil-qərargahına səfəri çərçivəsində alyansın baş katibinin müavini Radmila Şekerinska ilə görüşüb. Bu barədə Azərbaycanın təşkilatdakı nümayəndəliyindən bildirilib. Görüş zamanı tərəflər Azərbaycan-NATO tərəfdaşlığının hazırkı vəziyyətini, gələcək əməkdaşlığın perspektivlərini, o cümlədən regional və daha geniş təhlükəsizlik mühiti ilə bağlı məsələləri müzakirə ediblər. NATO-nun sülhməramlı əməliyyatlarına, eləcə də müttəfiq və tərəfdaş dövlətlərin enerji təhlükəsizliyinə verdiyi töhfə vurğulanaraq, Azərbaycanın alyansın uzunmüddətli etibarlı tərəfdaşı kimi rolu vurğulanıb. Səfər çərçivəsində Hikmət Hacıyev, həmçinin NATO Baş Katibinin Şəxsi Ofisi direktorunun birinci müavini Lorenz Meyer-Minnemann ilə də görüşüb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi