lider-media.az

“Gələn həftə nişanları olacaqdı, amma...”

Baxış: 185 Tarix: 22-05-2025, 12:27

gelen-hefte-nisanlari-olacaqdi-amma-onlarin-defnine-hazirlasiriq

Vaşinqtonda yəhudi tədbiri zamanı törədilən dəhşətli terror aktı bizi dərindən sarsıtdı”. Bu haqda  İsrailin Azərbaycandakı səfiri Corc Dik “X” hesabında paylaşımında qeyd edib. Onun sözlərinə görə, hücum zamanı qətlə yetirilən israilli diplomatlar Yaron və Sara gələn həftə nişanlanmalı idi: “Bunun əvəzində isə, biz onları kədərlə dəfn etməyə hazırlaşırıq. Azərbaycan xalqına həmrəyliyinə, Azərbaycan hökumətinə isə bu gözəl ölkədə İsrail diplomatlarını və yəhudi icmasını qorumaq üçün göstərdiyi sarsılmaz öhdəliyinə görə təşəkkür etmək istəyirəm”.

Xatırladaq ki, bu gecə ABŞ-nin paytaxtı Vaşinqtonda İsrail səfirliyində çalışan iki nəfər güllələnərək öldürülüb. Hadisə diplomatlar Yəhudi Muzeyində keçirilən tədbiri tərk edərkən baş verib. İnsidenti törətməkdə şübhəli bilinən 30 yaşlı Elias Rodriges saxlanılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi