lider-media.az

Azərbaycanın Xarici İşlər Nazirliyi İsrailə başsağlığı verib

Baxış: 338 Tarix: 22-05-2025, 12:19

Azərbaycan Xarici İşlər Nazirliyi Vaşinqtonda İsrail səfirliyinin iki əməkdaşının qətlə yetirilməsi ilə bağlı İsrailə başsağlığı verib.
Bu barədə XİN-in “X” hesabında paylaşım edilib.
“Vaşinqtonda dəhşətli hücum nəticəsində həlak olan iki israilli diplomatın ailələrinə və İsrail dövlətinə dərin hüznlə başsağlığı veririk. Qorxu və parçalama yaratmaq məqsədi daşıyan bu qorxaq zorakılıq aktını qətiyyətlə pisləyirik”, - deyə paylaşımda qeyd olunub.
Xatırladaq ki, bu gecə ABŞ-nin paytaxtı Vaşinqtonda İsrail səfirliyində çalışan iki nəfər güllələnərək öldürülüb. Hadisə diplomatlar Yəhudi Muzeyində keçirilən tədbiri tərk edərkən baş verib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi