lider-media.az

Kartlardan 20 min manatdan çox pul oğurlandı

Baxış: 348 Tarix: 22-05-2025, 10:39

Kartlardan 20 min manatdan çox pul oğurlandı

Ötən gün vətəndaşların bank kartlarından 20 min manatdan çox pul oğurlanıb. 

Lider-Media.az-a bu barədə  DİN-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, mayın 21-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 6300, 4700, 2766, 2167, 1056, 1000, 624, 600, 450, 387, 300, 170, 100 manat pul vəsaitləri bank kartlarından oğurlanıb."Bank kartının üzərindəki CVV/CVC, SMS vasitəsilə göndərilən OTP kodları məxfi məlumatlardır. Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar. Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Naməlum zənglərlə, mesajlarla danışıq, yazışma aparılmamalıdır, dərhal bloklanmalıdır", məlumatda qeyd olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi