Yaxın zamanlarda Türkiyədə Qərbi Azərbaycan nümayəndəliyi açılacaq. Bunu yerli bürosuna açıqlamasında Azərbaycan Milli Məclisinin deputatı, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərov bu gün Ankarada keçirilən “Qərbi Azərbaycana qayıdışın insan hüquqlarının aliliyinin mühüm şərti kimi” adlı beynəlxalq konfransdan sonra bildirib. İcmanın yarandığı gündən qarşısında duran əsas məqsədin Qərbi Azərbaycan həqiqətlərini və onların qayıdış hüquqlarını beynəlxalq aləmə çatdırmaq olduğunu vurğulayan millət vəkilinin fikrincə, həmişə Azərbaycanın yanında olan Türkiyə Qərbi azərbaycanlılar mövzusunda da bizi dəstəkləyəcək: “Qərbi Azərbaycandan həm erməni zülmündən, həm də Sovetlər dönəmindən başlayaraq Türkiyəyə pənah gətirən həmvətənlərimiz çox olub və onların sayı milyonlarladır. Onların da hüquqlarının müdafiəsi istiqamətində fəaliyyətlər daha da aktivləşib.
Artıq Türkiyədə də nümayəndəliyimizi açmağa hazırlıqlar başlayıb”. İndiyə qədər Türkiyənin başqa şəhərlərində Qərbi Azərbaycan mövzusunda elmi konfransların təşkil olunduğunu deyən millət vəkili bugünkü formatda beynəlxalq tədbirin bu ölkənin başqa vilayətlərində də keçiriləcəyini vurğulayıb: “Bakıda bu formatda iki böyük konfrans keçirilib, heç şübhəsiz ki, Türkiyədə də keçirilməli idi. Bu gün Türkiyədəki elm ictimaiyyətinin nüfuzlu nümayəndələri, beynəlxalq hüququn tanınmış mütəxəssisləri, qeyri-hökumət təşkilatlarının iştirakı ilə belə konfransın baş tutması önəmli hadisədir. Bu formatda tədbirlərin Türkiyənin başqa vilayətlərində də keçirilməsi hədəfimizdədir. Hesab edirəm ki, bu gün səslənən məsələlərin Türkiyə ictimaiyyətinə çatdırılması istiqamətində bu tədbirin çox böyük əhəmiyyəti olacaq”.
İcma sədri Azərbaycanla yanaşı, bütün xarici ölkələrdə Qərbi Azərbaycan nümayəndəliyinin qurulması ilə bağlı fəaliyyətlərin olduğunu qeyd edib: “Fransada, Niderlandda nümayəndəliyimiz var. Digər ölkələrdə də yaradılacaq”.
Ə.Ələkbərov qeyd edib ki, bugünkü formatda tədbirin Avropada da keçiriləcəyi planlaşdırılıb: “Qərbi azərbaycanlılarla bağlı oktyabrda Brüsseldə də konfrans keçiriləcək”.

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Prezidentin müsahibəsinin TAM MƏTNİ
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB VİDEO
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
Ağsaqqallar Şurasının üzvləri Qərbi Azərbaycan İcmasına toplandı
İstanbul 2027-ci ildə İspaniya futbolunun zirvə yarışına ev sahibliyi edəcək
Əməyin dəyəri bərabərdirsə, haqqı da bərabər olmalıdır
Günün fotosu
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
F.F.Mustafayevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər
Qubada dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində müasir aqrar texnologiyalar təqdim edilib
Bakıda 4 nəfər son anda ölümdən döndü
V Şəki Beynəlxalq Teatr Festivalı oktyabrın 1-də start götürəcək
“Həzi Aslanov” stansiyasının dalanında əsaslı yenidənqurma işləri yekunlaşmaq üzrədir
Sentyabrın 18-də gözlənilən hava şəraiti
İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib
Formula 1 altı ildən sonra İstanbula qayıdır
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına
Sentyabrın 17-si saat 9:00-a olan faktiki hava
Ü.Z.Quliyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Sentyabrın 17-də gözlənilən hava şəraiti

Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb
97 yaşında təyyarə qanadında uçdu -
ABŞ alimlərindən gen mühəndisliyi sahəsində mühüm elmi nailiyyət
Yeni araşdırma: Sürətlənmiş bioloji qocalma gənclərdə xərçəng riskinin artması ilə əlaqəli ola bilər
Həddindən artıq məsuliyyət hissi: görünməyən psixoloji yük
“Gen redaktəsi” xolesterini yox edəcəkmi?