Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində dövlət başçısının tapşırığına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Şəmkir rayonunda kəndlərarası avtomobil yolu layihəsinin icrasına start verilib.
Layihə 20 min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən, ümumi uzunluğu 17 km olan Dəllər Cəyir-Dəllər Daşbulaq və Qədimqala-Miskinli-Keçili-Xuluf marşrutu üzrə yolları əhatə edir. İlkin olaraq layihənin Dəllər Cəyir-Dəllər Daşbulaq hissəsində yenidənqurma işlərinə başlanılıb. Qeyd olunan hissənin uzunluğu 7 km təşkil edir. Uzun müddət əsaslı şəkildə təmir olunmayan yolların yenidən qurulmasında məqsəd xüsusən payız-qış mövsümündə yol ilə hərəkətdə yaranan çətinlikləri aradan qaldırmaq, yolboyu yaşayan əhalinin rahat gediş-gəlişini təmin etmək, yük və sərnişin daşımasını asanlaşdırmaqdır.
IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolların eni 8-10 metrə qədər genişləndirilir.Aparılan işlər çərçivəsində layihənin Dəllər Cəyir-Dəllər Daşbulaq hissəsində texnoloji ardıcıllığa uyğun olaraq torpaq işləri, suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif ölçülü suötürücü boruların inşası icra olunur. Artıq müəyyən hissələrdə yeni yol yatağının və yol əsasının inşasına da başlanılıb. Bütün işlər “İnşaat Norma və Qaydaları”na əsasən sürətlə və keyfiyyətlə icra olunur.
Tikinti layihəsinin sonuncu mərhələsində yol nişanlarının quraşdırılması və üfüqi nişanlanma xətlərinin çəkilişi aparılmaqla sözügedən yollar müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.







Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında Azərbaycan Respublikasının Qanunu
Bəzi bələdiyyələr birləşdirilir
Azərbaycan Respublikası Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi QAYDALARI
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
İstanbul 2027-ci ildə İspaniya futbolunun zirvə yarışına ev sahibliyi edəcək
Əməyin dəyəri bərabərdirsə, haqqı da bərabər olmalıdır
Günün fotosu
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
F.F.Mustafayevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər
Qubada dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində müasir aqrar texnologiyalar təqdim edilib
Bakıda 4 nəfər son anda ölümdən döndü
V Şəki Beynəlxalq Teatr Festivalı oktyabrın 1-də start götürəcək
“Həzi Aslanov” stansiyasının dalanında əsaslı yenidənqurma işləri yekunlaşmaq üzrədir
Sentyabrın 18-də gözlənilən hava şəraiti
İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib
Formula 1 altı ildən sonra İstanbula qayıdır
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına
Sentyabrın 17-si saat 9:00-a olan faktiki hava
Ü.Z.Quliyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Sentyabrın 17-də gözlənilən hava şəraiti

Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb
97 yaşında təyyarə qanadında uçdu -
ABŞ alimlərindən gen mühəndisliyi sahəsində mühüm elmi nailiyyət
Yeni araşdırma: Sürətlənmiş bioloji qocalma gənclərdə xərçəng riskinin artması ilə əlaqəli ola bilər
Həddindən artıq məsuliyyət hissi: görünməyən psixoloji yük
“Gen redaktəsi” xolesterini yox edəcəkmi?