lider-media.az

Atalara verilən ödənişsiz məzuniyyətin ödənişli olması təklif edilib

Baxış: 126 Tarix: 21-05-2025, 12:36

Həyat yoldaşlarının uşaq dünyaya gətirməsi iIə əlaqədar atalara verilən 14 günlük ödənişsiz məzuniyyətin ödənişli əsaslarla olması üçün qanunvericiliyə dəyişikliklərin edilməsi təklif olunub.

Bununla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə məlumatında qeyd edilib.

Sənəd Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Sənəddə vurğulanıb ki, kişilərin və oğlanların əmək bazarında azlıq təşkil etdikləri sahələrə cəlb edilməsi, onlara bu istiqamətdə təsir göstərən gender stereotiplərinin aradan qaldırılması da təklif olunub.

Hesabata əsasən, qadınların, xüsusilə, kənd yerlərində yaşayanların iqtisadi fəallıq səviyyəsinin yüksəldilməsinə, kişilərlə bərabər iqtisadi hüquqlarının həyata keçirilməsinə hərtərərfli dəstəyin göstərilməsi də təklif olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi