lider-media.az

Naxçıvanda yeni nazir təyin olundu

Baxış: 225 Tarix: 21-05-2025, 11:04

naxcivanda-yeni-nazir-teyin-olundu

Naxçıvan Muxtar Respublikasında (MR) yeni kənd təsərrüfatı naziri təyin edilib. Bununla bağlı Naxçıvan MR Ali Məclisi sədrinin birinci müavini, sədr vəzifəsini icra edən Bəxtiyar Məmmədov Əmr imzalayıb. Əmrə əsasən, Rafael Quliyev Naxçıvanın kənd təsərrüfatı naziri vəzifəsinə təyinat alıb. R. Quliyev bu təyinata qədər Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyinin sədr müavini vəzifəsində çalışıb. Xatırladaq ki, Naxçıvan MR-nın Kənd Təsərrüfatı Nazirinin müavini, nazir vəzifəsini icra edən Xəyalə Dadaşova idi. O, nazir müavini vəzifəsini icra etməyə davam edəcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi