lider-media.az

Ərdoğan Macarıstana yola düşüb

Baxış: 270 Tarix: 21-05-2025, 09:29

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) Qeyri-rəsmi Zirvə Toplantısında iştirak etmək üçün Macarıstanın paytaxtı Budapeştə gedib. Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. Türkiyə liderini səfərdə həyat yoldaşı Əminə Ərdoğan, prezidentin kommunikasiyalar üzrə direktoru Fahrettin Altun və baş müşaviri Akif Çağatay Kılıç müşayiət edir. Türkiyə Prezidentinin “Şərqlə Qərbin Görüş Nöqtəsi” mövzusu ilə keçiriləcək Budapeşt Zirvə Toplantısı çərçivəsində TDT Dövlət Başçıları Şurasının Toplantısına qatılacağı, iştirakçı dövlətlərin liderləri ilə ikitərəfli danışıqlar aparacağı nəzərdə tutulur. TDT zirvəsində Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edəcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi