lider-media.az

Durov Rumıniya seçkilərinə xarici müdaxilə ilə bağlı ifadə verməyə hazırdır

Baxış: 110 Tarix: 20-05-2025, 23:38

 

Pavel Durov Rumıniyada keçirilən prezident seçkilərinə iddia edilən kənar müdaxilə ilə bağlı ifadə verməyə hazır olduğunu bildirib. 

Lider-media.az xəbər verir ki, bu barədə Telegram-ın həmtəsisçisi özünün X səhifəsində yazıb.“Mən gəlib ifadə verməyə hazıram ki, bu, Rumıniyanın demokratiyasına kömək edəcəksə,” deyə Durov prezident seçkilərinin ikinci turunda avropapərəst müstəqil namizəd Nikusor Dana uduzan müxalif millətçi Rumıniya Alyansının lideri George Simionun postuna cavab olaraq yazıb. Simion öz postunda dövlət və qeyri-dövlət subyektlərinin kənar müdaxiləsi səbəbindən səsvermənin nəticələrinin ləğv edilməsini tələb edir.

Simion həmçinin iddia edib ki, seçkilər zamanı “bütün saxtalaşdırma mexanizmi” olub və onun vasitəsilə Danın səslərinə səslər əlavə edilib. Rumınların Birləşməsi Alyansının lideri Durovun ifadəsinə istinad edərək, "Fransa dövlətinin də müdaxiləsinin" olduğunu bildirib .

Bundan əvvəl Rumıniyanın Mərkəzi Seçki Bürosu prezident seçkilərinin ikinci turunun yekunu üzrə səslərin hesablanmasının yekun nəticəsini dərc etmişdi, ona görə Dan 6 milyon 168 min 642, Simion isə 5 milyon 339 min 53 səs toplayıb.

Hədiyyə Aslan


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi