lider-media.az

Dağıstan Respublikası Hökuməti sədrinin müavini ilə görüş keçirilib

Tarix: 20-05-2025, 19:45

Dağıstanla ticarət, investisiya, KOB, sənaye və digər sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. İqtisadiyyat Nazirliyində Rusiya Federasiyasının  Dağıstan Respublikası Hökuməti sədrinin müavini Rizvan Qazimaqomedovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev arasında görüş keçirilib.

Görüşdə Rusiya Federasiyası, o cümlədən onun federal subyektləri ilə qarşılıqlı faydalı əlaqələr qeyd olunub, iqtisadi əməkdaşlığın perspektivləri vurğulanıb. Bildirilib ki, Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti, həmçinin işğaldan azad edilmiş ərazilərimizin böyük iqtisadi potensialı regional əməkdaşlığın, o cümlədən Rusiya Federasiyasının subyektləri ilə əlaqələrin genişlənməsinə yeni imkanlar açır. Dağıstanla coğrafi yaxınlıq isə əməkdaşlıq üçün daha əlverişli şərait yaradır.

Tərəflər, həmçinin biznes dairələri arasında əlaqələrin inkişafının iqtisadi potensialın reallaşdırılmasında önəmini qeyd ediblər.

Görüşdə  Dağıstanın investisiya potensialına dair təqdimat nümayiş etdirilib,  ticarət, investisiya, KOB, sənaye və digər sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2025    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi