lider-media.az

Ölkə üzrə PISA 2025 davam edir

Baxış: 7 Tarix: 20-05-2025, 17:19

16 aprel tarixindən etibarən Azərbaycanda 15 yaşlı şagirdlərin oxu, riyaziyyat və təbiət elmləri sahələrində bilik və bacarıqlarını qiymətləndirən PISA 2025 (Şagirdlərin Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqram) beynəlxalq tədqiqatının əsas mərhələsi davam edir.

Bu il ilk dəfə olaraq ölkəmizdə qiymətləndirmə bütün regionlarda tam kompüter əsaslı şəkildə aparılır. Bu yanaşma müasir təhsil standartlarına uyğunluğun təmin edilməsinə xidmət edir. Hazırda seçilmiş 241 məktəbdən 100-dən çoxunda qiymətləndirmə başa çatıb və 15 yaşlı 3500-dən artıq şagird bu prosesdə iştirak edib.

Cari il üzrə PISA 2025 tədqiqatında 91 ölkə iştirak edir. Bu, tədqiqatın qlobal əhəmiyyətini və təhsil sistemlərinin beynəlxalq müqayisəsini təmin edir.

Qeyd edək ki, PISA qiymətləndirməsinin keçirilməsində əsas məqsəd 15 yaşlı şagirdlərin real həyatda bilik və bacarıqlarını tətbiq etmə səviyyəsini müəyyənləşdirmək, beynəlxalq səviyyədə dəyərləndirməkdir.

Ölkə üzrə qiymətləndirmə prosesi may ayının son həftəsində yekunlaşacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi