lider-media.az

Macarıstan və Azərbaycan: etibarlı tərəfdaşlıq münasibətləri

Baxış: 7 Tarix: 20-05-2025, 16:59

Macarıstan Respublikası ölkəmizin müstəqilliyini 26 dekabr 1991-ci ildə tanımışdır və iki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin aprel ayının 27-də qurulmuşdur. 1994-cü ilin 4-5 dekabr tarixində Ulu Öndər Heydər Əliyevin işgüzar səfəri ilə başlanan yüksək səviyyəli qarşılıqlı səfərlər, dövlət və hökumət başçılarının, parlament sədrlərinin və nazirlərin çoxsaylı tərəfdaşlıq görüşləri bu gün də davam edir və strateji əməkdaşlıq münasibətləri yüksələn xətlə inkişaf edir.

Bu gün hər iki ölkə arasında iqtisadi münasibətlər, enerji, nəqliyyat-logistika, təhsil, gənclər və digər sahələrdə münasibətlər qarşılıqlı tərəfdaşlıq prinsipinə uyğun artmaqda davam edir. Ölkə rəhbərinin uzun illər ərzində apardığı uğurlu siyasət, birgə atılan  addımlar bu gün enerji sahəsində əməkdaşlıq üçün çox güclü zəmin yaratmışdır. Vaxtilə tarixə qovuşmuş sayılan NABUKKO layihəsi artıq yenidən  canlanmışdır.

Təhsil sahəsində aparılan əməkdaşlığın da çox yaxşı nəticələri vardır. Xarici tələbələri özünə cəlb edən yüksək təhsil verməklə layiqli kadrlar yetişdirən macar universitetləri üçün Azərbaycan ən perspektivli ölkələrdən biri hesab edilir ki, bu da ölkədə kadr potensialının gücləndirilməsi üçün  çox mühüm əhəmiyyət kəsb edir.

Dəmir yolları vasitəsilə Macarıstandan Azərbaycana, Azərbaycandan Macarıstana yüklərin ötürülməsinə başlanılıb və bu layihənin böyük potensialı var. Çünki Rusiya-Ukrayna müharibəsindən sonra Azərbaycan ərazisindən keçən yüklərin həcmi kəskin artıb.  “Təkcə keçən il tranzit yüklərin həcmi 75 faiz artmışdır. Azərbaycanda mövcud müasir nəqliyyat infrastrukturu- istər tankerlər, gəmilər olsun, istər böyük dəniz ticarət limanı, dəmir yolları olsun bunlar hamısı müasirdir və bütün lazımi tələblərə cavab verir. Ona görə Azərbaycan açıq dənizə çıxışı olmayan ölkə olsa da, hesab edirəm ki, Avrasiyanın önəmli nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilə bilər. Burada Avropa ölkələri ilə və xüsusilə bizim üçün Avropa İttifaqı arasında ən yaxın tərəfdaşlarımızdan biri olan Macarıstanla əməkdaşlıq üçün çox yaxşı imkanlar var”

Minatəmizləmə sahəsi əməkdaşlığın vacib istiqamətlərindəndir. Azərbaycan İkinci Qarabağ müharibəsindən keçən dövr ərzində bu sahədə böyük problemlərlə üzləşib, bir milyondan çox mina təmizlənmişdir. Müharibədən sonrakı iki il ərzində 300-ə yaxın Azərbaycan vətəndaşı minalardan zərər çəkərək həlak olub və ya yaralanıb. Ona görə bu sahədə Macarıstan təcrübəsini nəzərə alaraq əməkdaşlıq üçün yaxşı imkanlar yaranmışdır. Macar şirkətləri işğaldan azad edilmiş Qarabağ və Zəngəzur torpaqlarında fəaliyyət göstərməsi tərəfdaşlığımıza öz töhvəsini verəcəkdir.

Prezident İlham Əliyevin inamlı ifadəsinə əsasən əminliklə deyə bilərik ki, Macarıstan və Azərbaycan iki dost və tərəfdaş ölkə kimi bundan sonra da həm ikitərəfli əməkdaşlığı dərinləşdirəcək, həm də təmsil olunduğumuz beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyi də bir-birinə əsirgəməyəcək.

Lider-Media.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi