lider-media.az

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliya nümayəndə heyətini qəbul edib - VİDEO

Baxış: 192 Tarix: 20-05-2025, 13:51

Mayın 20-də Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan İtaliyanın Milli Müdafiə Universitetinin Ali Araşdırmalar Mərkəzinin direktoru general-polkovnik Stefano Manninonu qəbul edib.
Əvvəlcə Şəhidlər xiyabanına gələn İtaliya nümayəndə heyəti ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, üzərinə gül dəstələri düzərək xatirələrinə ehtiram nümayiş etdirib.
Azərbaycan Ordusunun Baş Qərargahında keçirilən görüşdə general-polkovnik K.Vəliyev italiyalı qonağı salamlayaraq onu ölkəmizdə görməkdən məmnunluğunu bildirib. Baş Qərargah rəisi Azərbaycan və İtaliya arasında hərbi təhsil sahəsində əməkdaşlıq çərçivəsində qarşılıqlı təcrübə mübadiləsinin peşəkar hərbi kadr potensialının artırılmasına xidmət etdiyini vurğulayıb.
Səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını ifadə edən general-polkovnik S.Mannino hərbi kursların, ixtisasartırma proqramlarının təşkili, eləcə də mütəxəssis hazırlığı sahəsində birgə təşəbbüslərin həyata keçirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.
Görüşdə Azərbaycan-İtaliya hərbi əlaqələrinin möhkəmlənməsində qarşılıqlı səfərlərin xüsusi önəm kəsb etdiyi bildirilib, maraq doğuran bir sıra digər mövzulara dair ətraflı fikir mübadiləsi aparılıb.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi