lider-media.az

Bakının mərkəzində motosiklet piyadanı vurma anı

Baxış: 199 Tarix: 20-05-2025, 13:17

bakinin-merkezinde-motosiklet-piyadalari-bele-vurdu

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxtda piyada keçidlərinin üzərində törədilmiş bəzi yol-nəqliyyat hadisələrinin görüntülərini yayıb. Hadisələrdən biri ötən gün axşam saatlarında Yasamal rayonu, Şəfayət Mehdiyev və Lev Landau küçələrinin kəsişməsində qeydə alınıb. Qaydalara əməl edib piyada keçidindən keçən iki şəxs motosiklet sürücüsü tərəfindən vurulub. Digər bir analoji yol-nəqliyyat hadisəsi isə Yasamal rayonu, Nəriman Nərimanov prospektində qeydə alınıb. Ölüm və xəsarətlə nəticələnən bu tip qəzaların ilkin təhlili deməyə əsas verir ki, səbəblər eynidir. Ancaq təəssüflər olsun ki, bu səbəblərdən nəticə çıxarmadıqda piyadalar hələ də təhlükə ilə üz-üzə qalmaqda davam edirlər.

NİİM nəqliyyat vasitələrinin sürücülərinə müraciət edərək piyada keçidlərini bildirən nişanlara diqqət yetirmələrinin, keçidlərə yaxınlaşarkən sürətin azaldılmasının, axşam və gecə saatlarında piyada keçidlərinə yaxınlaşarkən daha ehtiyatlı olmalarının vacibliyini vurğulayıb.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi