lider-media.az

İsrail gələn həftə Qəzzanın 80%-ni ələ keçirə bilər

Baxış: 182 Tarix: 19-05-2025, 23:57


 İsrail “Gideonun arabası” əməliyyatının məqsədlərini genişləndirdi. 

Lider-media.az xəbər verir ki, İsrail ordusu qoşunların Qəzzanın şimal və cənub bölgələrində irəlilədiyini bildirir. Zərbələr Həmas terrorçularına, onların silah anbarlarına və yeraltı tikililərə yönəlib. Əməliyyat Qəzzanın 80%-nin ələ keçirilməsinə gətirib çıxara bilər (Hazırda İsrail anklavın təxminən 40-50%-nə nəzarət edir).

Almaniyanın Bild qəzeti yazır ki, nəticədə fələstinlilərin əksəriyyəti sahilyanı Əl-Məvas humanitar zonasına, Xan Yunisin bəzi hissələrinə və mərkəzi Qəzzaya köçmək məcburiyyətində qalacaq.

İsrail ordusunun bu qədər sürətlə və güclü şəkildə irəliləyə biləcəyi hələ də bəlli deyil. HƏMAS silahlıları müqavimətlərini davam etdirirlər. "Gideonun arabası" məhdudiyyətləri ilə əməliyyatı çətinləşdirir. Müəyyən ərazilər var ki, İsrail hərbçiləri HƏMAS tərəfindən girovların təsadüfən ölməsinin qarşısını almaq üçün bilərəkdən fəaliyyət göstərmirlər. 

Hədiyyə Aslan


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi