lider-media.az

Birbank Biznes Qəbələdə sahibkarlarla bir araya gəldi

Baxış: 155 Tarix: 19-05-2025, 15:26

Ötən həftə Azərbaycanda, turizmin mərkəzi bölgələrindən biri olan Qəbələ şəhərində sahibkarlar üçün daha bir tədbir keçirilib. Mərkəzi Bank, Azərbaycan Banklar Assosiasiyası və Azərbaycan Dövlət Turizm Agentliyinin təşkilatçılığı, eləcə də Birbank Biznes-in tərəfdaşlığı ilə keçirilən layihədə Qəbələ və ətraf rayonlarda yaşayan, eləcə də turizm sahəsində fəaliyyət göstərən sahibkarlar iştirak edib.


Qəbələ şəhəri “ASAN xidmət” Mərkəzində keçirilən tədbirə Birbank Biznes müştərisi olan və olmayan 40 sahibkar qoşulub. Tədbir zamanı sahibkarlara bankın mütəxəssisləri tərəfindən Birbank Biznes-in sahibkarlar üçün yaratdığı imkanlar və üstünlüklər haqqında məlumat verilib.Eyni zamanda maliyyələşmə məhsullarının işləmə prinsipləri, qeyri -kredit məhsullarının yaratdığı imkanlar və üstünlüklər və digər rəqəmsal həllər iştirakçılara təqdim edilib. Daha sonra iştirakçıların ehtiyacları dinlənilib və bankın gələcək yenilikləri haqqında onlara ətraflı məlumat verilib.


Qeyd edək ki, Birbank Biznes cari ildə sahibkarların inkişafını dəstəkləyən layihələrlə gündəmə gəlir. Bu kimi layihələrin keçirilməsi ölkədə sahibkarlığın, eləcə də bazar iqtisadiyyatının inkişafına böyük dəyər qatır.


Sahibkarlığın inkişafına önəm verən Birbank Biznes Kapital Bank-ın əmtəə nişanı olaraq həm sahibkarların, həm də onların bizneslərinin inkişafına dəstək olur, biznes sahiblərinə innovativ və rahat məhsullar təqdim edir. Birbank Biznes müştərilərində suallar yaranarsa, onlara istənilən vaxt canlı çat vasitəsilə də dəstək göstərilir. Sahibkarlara vaxta qənaət etmək imkanı verən Birbank Biznes sistemi haqqında ətraflı məlumat üçün https://birbank.business/ saytına keçid edin və ya 896 məlumat mərkəzinə zəng edin.


 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi