Cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Qusar rayonunda 5 min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Quxuroba-Hiloba-Yasaoba-Əniqoba-Aşağı İmamqulukənd-Şirvanlı avtomobil yolunun əsaslı təmirinə start verilib.
Uzunluğu 26.7 kilometr olan avtomobil yolu uzun müddət təmir olunmadan istifadə edildiyindən və təbii faktorların təsirindən yararsız vəziyyətdə idi. Bu səbəbdən əsaslı şəkildə yenidən qurulmasına və bərpasına ehtiyac yaranan yollar 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir. Yolların eni 10 metrə qədər genişləndirilir. 12 km hissəsi yararsız asfalt, 14.7 km hissəsi isə çınqıl örtüklü olan yollarda hazırda torpaq işləri, hamarlanma, yolun normativ eninin alınması üçün genişləndirmə işləri görülür.



Texnoloji ardıcıllığa uyğun daha sonra yol əsasının tikintisi və yeni asfalt-beton örtüyünün döşənməsi işləri yerinə yetiriləcək. Layihə çərçivəsində yolboyu suların ötürülməsi məqsədilə zəruri yerlərdə suötürücü boruların tikintisi də nəzərdə tutulub. Layihənin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol nişanlarının, km göstəricilərinin quraşdırılması, yolcizgi və yolgöstərici xətlərinin çəkilməsi işləri aparılacaq. Yenidənqurma işləri “İnşaat Norma və Qaydaları”na uyğun şəkildə, tərtib olunmuş qrafiklə sürətlə və keyfiyyətlə aparlır. İşlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Azərbaycan Respublikası Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi QAYDALARI
Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında Azərbaycan Respublikasının Qanunu
Bəzi bələdiyyələr birləşdirilir
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Prezidentin müsahibəsinin TAM MƏTNİ
Yalçın Rəfiyev COP31 çərçivəsində bir sıra görüşlər keçirib
Ölkəmizdə ilk dəfə Milli Məşğulluq Forumu keçirilir
Dövlət Komitəsi oktyabr ayında sosial dəstək tədbirlərini davam etdirib
Qanlıgöl ətrafında genişmiqyaslı abadlaşdırma işlərinə başlanılıb
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Bakıda bal yarmarkasının tarixi və yeri dəyişdirilib
Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu ərazilərində dövlət idarəetməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
2027-ci ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Leyla Əliyeva:“Hər bir qadın öz gücünə inansın”
Noyabrın 17-də gözlənilən hava şəraiti
Birgə Bəyannamə - strateji tərəfdaşlığın yeni yol xəritəsi
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan regional nəqliyyat xəritəsində mövqeyini möhkəmləndirir
Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Süni intellekt müharibənin qaydalarını dəyişir: dünya ölümcül avtonom silahların təhlükəsi qarşısında
Sənaye istehsalı haqqında
Kənd təsərrüfatı məhsulu istehsalı
Əsas kapitala yönəldilmiş investisiyalar

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı