lider-media.az

Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərliyi ilə Azərbaycan parlament nümayəndə heyəti İspaniyada rəsmi səfərdədir

Baxış: 194 Tarix: 19-05-2025, 11:30

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti İspaniya Krallığına rəsmi səfərə gəlib. Madrid şəhərinin Barahas Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini ölkəmizin İspaniya Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Ramiz Həsənov və digər rəsmi şəxslər qarşılayıblar. Səfər çərçivəsində Milli Məclisin sədrinin bir sıra rəsmi şəxslərlə görüşləri nəzərdə tutulur. Görüşlərdə Azərbaycan-İspaniya parlamentlərarası münasibətlərinin bu günü və gələcək inkişafı barədə müzakirələr aparılacaq.

Rəsmi səfər mayın 20-də başa çatacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi