lider-media.az

Fövqəladə Hallar Nazirliyinin yeni internet informasiya resursu istifadəyə verilib

Baxış: 253 Tarix: 24-04-2024, 17:18

Fövqəladə Hallar Nazirliyinin yeni internet informasiya resursu istifadəyə verilib

Fövqəladə Hallar Nazirliyi (FHN) www.fhn.gov.az ünvanında yerləşən rəsmi internet informasiya resursunun tam yenilənmiş versiyasını istifadəyə verib.

Nazirliyin mətbuat xidmətindən  verilən məlumata görə, internet informasiya resursunun yenidən hazırlanmasında məqsəd, ilk növbədə, istifadə rahatlığına, naviqasiya sadəliyinə malik, eləcə də müasir dizayn tendensiyaları və kibertəhlükəsizlik tələblərinə cavab verən, fərqli və diqqətçəkən məhsulun təqdim edilməsi olub.

Hazırlıq prosesində dövlət strukturlarının internet informasiya resurslarına tətbiq edilən qanunvericilik tələbləri nəzərə alınıb. İnternet informasiya resursunda nazirlik tərəfindən həyata keçirilən işlər, yeniliklər barədə bütün xəbərlər və multimedia resursları operativ şəkildə əks etdirilir.

Əsas səhifədəki müvafiq kateqoriyalarda nazirlik haqqında, ümumi qanunvericilik bazası, faydalı keçidlər, media üçün müxtəlif məlumatlar, maarifləndirmə, təlimlər, statistik məlumatlar, elanlar və sair yeni üslubda təqdim edilir. Əlavə olaraq, nazirlik tərəfindən göstərilən elektron xidmətlər sisteminə keçid imkanı yeni internet informasiya resursunda daha əlçatan təqdim edilib, bölmənin funksionallığı artırılıb. Həmçinin fiziki məhdudiyyətli şəxslərin internet informasiya resursundan istifadəsini genişləndirmək məqsədilə "Müyəssərlik menyusu" da əlavə olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi