lider-media.az

Şəhidin adını daşıyan küçə bərbad vəziyyətdə: Sakinlər aidiyyəti qurumlardan tədbir gözləyir

Baxış: 237 Tarix: 17-05-2025, 12:49

 

Xətai rayonu, şəhid Xaliq Əzizzadə küçəsinin sakinləri redaksiyamıza müraciət edərək yaşadıqları ərazidə mövcud olan acınacaqlı vəziyyətə diqqət çəkiblər. Sakinlərin sözlərinə görə, şəhidin adını daşıyan bu küçədəki vəziyyət son vaxtlar daha da pisləşib.

Məktubda bildirilir ki, xüsusilə Dənizcilik Məktəbinin yataqxanası ətrafında açılmış avtomobil yuma məntəqələri, avtotəmir sexləri, ət kəsimi məntəqələri və dönərxanalar piyadaların hərəkət etməsi üçün nəzərdə tutulmuş səkiləri qanunsuz olaraq zəbt ediblər. Nəticədə küçədə nə səliqə-səhman, nə də təmizlik qalıb. Yol infrastrukturu demək olar ki, tamamilə sıradan çıxıb.

Sakinlərin bildirdiyinə görə, məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətinə, yerli Mənzil İstismar Sahəsinə (MİS), Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Qida Təhlükəsizliyi Agentliyinə və digər aidiyyəti qurumlara dəfələrlə müraciətlər edilsə də, indiyə qədər heç bir nəticə əldə olunmayıb.

Şikayətçilər media vasitəsilə səslərinin eşidiləcəyinə ümid edirlər və şəhidin adını daşıyan bu küçədə yaranmış acınacaqlı vəziyyətin tezliklə aradan qaldırılmasını istəyirlər.


Videolink: https://m.youtube.com/watch?v=n-Q3UYIly6g


 Analoq.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi