lider-media.az

Qazaxıstan və Azərbaycan yüksək səviyyədə strateji tərəfdaşlığı müzakirə ediblər

Baxış: 79 Tarix: 16-05-2025, 20:08

Qazaxıstan Respublikasının xarici işlər naziri Murat Nurtleu Azərbaycanın Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfovla görüş keçirib. 

Lider-media.azxəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş zamanı tərəflər Qazaxıstan-Azərbaycan strateji tərəfdaşlığının aktual məsələlərini ikitərəfli və çoxtərəfli formatlarda müzakirə ediblər. Eyni zamanda bu tərəfdaşlığın gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQFETM) çərçivəsində əməkdaşlığa xüsusi diqqət ayırıblar. Bildirilib ki, AQFETM regionda əməkdaşlığın gücləndirilməsi üçün effektiv platforma rolunu oynayır.

Murat Nurtleu qeyd edib ki, AQFETM-in təsisçi dövləti kimi Qazaxıstan bu platformanın fəaliyyətinə xüsusi önəm verir və Azərbaycanın 2024–2026-cı illər üçün sədrliyi çərçivəsində təşəbbüslərini yüksək qiymətləndirir. Qazaxıstan Azərbaycanın AQFETM-i tam hüquqlu beynəlxalq təşkilata çevirmək səylərini dəstəkləyir.

Görüşdə, həmçinin AQFETM-in Nizamnamə layihəsinin razılaşdırılması və platformanın praktiki fəaliyyətinin aktivləşdirilməsi ilə bağlı planlar da müzakirə olunub.

Sonda tərəflər Qazaxıstan-Azərbaycan əməkdaşlığı ilə bağlı aktual məsələlər üzrə təmasların davam etdirilməsi və AQFETM çərçivəsində əməkdaşlığın daha da möhkəmləndirilməsi barədə razılığa gəliblər.

Hədiyyə Aslan


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi