lider-media.az

Latviya Respublikasının kənd təsərrüfatı naziri ilə görüş keçirilib

Baxış: 108 Tarix: 16-05-2025, 20:00

İqtisadiyyat Nazirliyində keçirilmiş görüşdı iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub. İqtisadiyyat nazirinin müavini Anar Axundov Latviya Respublikasının kənd təsərrüfatı naziri, Azərbaycan-Latviya Hökumətlərarası Komissiyasının həmsədri Armands Krauze ilə görüşüb.

Görüşdə Azərbaycanla Latviya arasında əlaqələrin genişləndirilməsində qarşılıqlı rəsmi səfərlərin və keçirilən görüşlərin rolu qeyd edilib. Bildirilib ki, iqtisadi-ticarət əlaqələrinin şaxələndirilməsi iqtisadi gündəliyimizin prioritet istiqamətlərindəndəndir və bu sahədə əməkdaşlığın inkişafı üçün müxtəlif mexanizmlər tətbiq edilir. Bu xüsusda Hökumətlərarası Komissiya səmərəli platformadır. Tərəflər iqtisadiyyatın müxtəlif istiqamətlərində, o cümlədən, aqrar sektorda, su idarəçiliyi və meşəçilik sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi