lider-media.az

Rumıniyada NATO yük maşını aşıb

Baxış: 342 Tarix: 16-05-2025, 19:37

Rumıniyada NATO karvanının bir hissəsi olan hərbi yük maşını dəmir yolu körpüsünə aşıb. 
Lider-media.az xəbər verir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Cümə günü, mayın 16-da, saat 13:00 radələrində, Cincu-Smirdan marşrutu ilə hərəkət edən Fransız hərbi karvanının bir hissəsi olan yük maşını, Cibla Noua şəhərində, Kalimanesti şəhərinin dolama yolunda, dəmir yolu üzərindəki körpünün ərazisində aşıb".
Nazirliyin məlumatına görə, insident nəticəsində iki fransız hərbçi yaralanıb. Onlara tibbi yardım göstərilib, vəziyyətləri stabil qiymətləndirilir.

Hədiyyə Aslan


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi