lider-media.az

Elmi jurnalların nüfuzunun artırılması məqsədilə pilot layihəyə start verilib

Baxış: 268 Tarix: 16-05-2025, 15:24

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyində (EATDA) beynəlxalq elmi bazalarda indekslənən və indekslənmə potensialı olan al
ı jurnalın baş redaktorları və redaksiya heyəti ilə görüş keçirilib. Görüşdə elmi jurnalların nüfuzunun artırılmasına yönəlmiş pilot layihənin ilkin mərhələsi müzakirə olunub.
Layihə Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə "Elsevier" və "Clarivate" şirkətləri ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Seçilmiş jurnalların göstəricilərinin yaxın illər ərzində yüksəldilməsi məqsədilə birgə fəaliyyət planlaşdırılır.
Görüş zamanı riyaziyyat, biologiya, mühəndislik, informasiya texnologiyaları, humanitar və sosial elmləri əhatə edən jurnalların tədqiqat istiqamətləri, inkişaf prioritetləri, müəssisələr tərəfindən görülməli işlər və gözlənilən nəticələr ətrafında fikir mübadiləsi aparılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi