lider-media.az

Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzində təlim keçirilib

Baxış: 509 Tarix: 15-05-2025, 22:57

Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzində təlim keçirilib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzində əməyin mühafizəsinə dair təlim keçirilib. Təlimdə Konfederasiyanın "Kurort" Turizm İnformasiya Mərkəzinin və Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzinin əməkdaşları iştirak ediblər. İştirakçılara əməyin təhlükəsizliyi üzrə qanunvericiliyin tələbləri, norma və qaydaları izah edilib, əməyin mühafizəsinə dair işin təşkili, istehsalat qəzaları zamanı ilkin yardım, yanğın təhlükəsizliyi və digər mövzular barədə geniş məlumat verilib. Sonda mövzular ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi