lider-media.az

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib

Baxış: 235 Tarix: 24-04-2024, 09:56

Lider-media.az AZƏRTAC-a istinadən xəbər verir ki, iclasda Holdinqin idarəetməsinə verilmiş Portfel şirkətlərin 2023-cü ilin yekunları üzrə Fəaliyyət Hesabatı, əsas maliyyə nəticələri, o cümlədən ümumi gəlir və EBİTDA göstəriciləri, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) tərəfindən AİH və Portfel şirkətlərinin korporativ idarəetməsinin qiymətləndirilməsi layihəsinin nəticələri, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin fəaliyyəti və strateji baxışı haqqında icmal hesabat, Portfel şirkətlərin büdcə tərtibi, təsdiqi və nəzarəti qaydaları və digər cari məsələlər ətraflı müzakirə olunub.

İclasda Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru Ruslan Əlixanovun və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyevin məruzələri dinlənilib.

İclasın yekununda AİH-in Müşahidə Şurasının üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla müzakirə olunan məsələlər barədə qərarlar qəbul olunub və Holdinqin İdarə Heyətinə müvafiq tapşırıqlar verilib.

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi