lider-media.az

Fidan-Rubio danışıqlarının təfərrüatları açıqlanıb

Baxış: 299 Tarix: 15-05-2025, 21:08

Türkiyənin xarici işlər naziri Hakan Fidan Antalyada NATO ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü çərçivəsində ABŞ-nin Dövlət katibi Marko Rubio ilə görüşüb.

Türkiyənin Xarici İşlər Nazirliyindən KİV-ə verilən məlumata görə, görüşdə dövlət başçısı səviyyəsində nəzərdə tutulan səfərlər üçün aparılan işlər müzakirə edilib.

Bununla yanaşı, Rusiya-Ukrayna müharibəsinin danışıqlar yolu ilə həlli ətrafında Türkiyə ilə ABŞ-nin son dövrlər həyata keçirdiyi diplomatik təmasların əhəmiyyəti qeyd edilib. Tərəflərin birbaşa danışıqlar aparması üçün səylərin davam etdiriləcəyi bildirilib.

Fələstindəki hadisələrin müzakirə edildiyi görüşdə Hakan Fidan Qəzzada humanitar vəziyyətin yaxşılaşdırılması üçün addımların atılmasının vacibliyini vurğulayıb.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi