lider-media.az

"Qarabağ" ordenli şəhid qəhrəman

Baxış: 185 Tarix: 15-05-2025, 16:38

 17 noyabr 1991-ci ildə Binəqədi rayonunda Cavanşir Abbasov və Gülnarə Məmmədovanın ailəsində anadan olub. 1998–2002-ci illərdə Binəqədi rayonu Famil İsgəndərov adına 157 nömrəli tam orta məktəbdə, 2002–2006-cı illərdə Şəki şəhər 18 saylı tam orta məktəbdə, 2006–2009-cu illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil almışdır. A. Həmid idmanın boks və qaydasız döyüş növləri ilə məşqul olmuş, bir sıra yarışlarda iştirak edərək nailiyyətlər əldə etmişdir. 4 xarici dil biliyinə malik idi. 2009-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş 2013-cü ildə ali hərbi təhsilini müvəffəqiyyətlə başa vurmuşdur.

Ardınca 2013–2014-cü illərdə təhsilini Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzi davam etdirmişdir.2016–2017-ci illərdə Türkiyə Respublikasında, 2017–2018-ci illərdə Çin Xalq Respublikasında xüsusi təlim kurslarında iştirak etmişdir. 2016-cı ilin 2–5 aprelində baş verən Aprel döyüşlərinin iştirakçısı olmuşdur. Azərbaycan Ordusunun baş leytenantı olan Həmid Abbasbəyli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Xocavəndin, Hadrut qəsəbəsinin, Füzulinin və Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Həmid Abbasbəyli oktyabrın 19-dan 20-nə keçən gecə Laçın dəhlizinə nəzarət edən yüksəkliklər uğrunda gedən döyüşlərdə Xocavənd rayonunda Qırmızı Bazar qəsəbəsi ərazisində qəhrəmancasına şəhid olmuşdur. 

Həmid Abbasbəyli ölümündən sonra "Qarabağ" ordeni ilə, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə","Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib. Şəhidimiz II Fəxri xiyabanda dəfn olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi