lider-media.az

Rəcəb Tayyib Ərdoğandan Trampa təşəkkür

Baxış: 50 Tarix: 14-05-2025, 15:17

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, ABŞ lideri Donald Tramp, Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi Məhəmməd bin Salman və Suriyanın keçid dövrü Prezidenti Əhməd əş-Şaraa arasında görüş baş tutub. Ərdoğan Ər-Riyadda keçirilən bu görüşə telefon bağlantısı ilə qoşulub. Ərdoğan “X” hesabında həmin dördtərəfli söhbətlə bağlı paylaşım edib.

“İnşallah bu görüşün nəticələrini tezliklə görəcəyik. Ötən həftə telefon danışığımızdan sonra, dünən Səudiyyə Ərəbistanında Suriyaya qarşı sanksiyaları ləğv edəcəyini açıqlayan ABŞ Prezidenti Trampa təşəkkür etmək istəyirəm”, - deyə Ərdoğan qeyd edib.  O, həmçinin Qəzza ilə bağlı Trampın dəstəyinə güvəndiyini diqqətə çatdırıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi