lider-media.az

Laçın şəhəri – Böyük Qayıdışın canlı nümunəsi…

Baxış: 238 Tarix: 14-05-2025, 11:01

Laçında həyat yenidən başlayır. Doğma yurda qayıdan ailələrin sevinci, həyat ritmini bərpa edən kəndlər və yenidən dirçələn Laçın şəhəri. Laçında öz ata-babalarının köhnə ənənələrini dirçəltmək üçün yeni bir nəsil formalaşır. Onlar doğma diyara sahib çıxaraq, bu torpaqları özlərinə əbədi yurd seçiblər. Abadlaşan Laçında körpələrin addımları, uşaqların gülüş səsləri, onların sevinci şəhərin ahəngini gözəlləşdirir. Dövlət başçısının tapşırığı ilə Laçında genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, müasir infrastruktur qurulur. Doğma yurda Böyük Qayıdış mərhələli şəkildə davam edir. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində hazırlanan Laçın şəhərinin görüntülərini şərhsiz təqdim edirik. 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi